2013-cü ilə qədər verilən inşaat izinlərinin bütün Gürcüstan miqyasına aid olma ehtimalı var
2013-cü ilə qədər verilən inşaat izinləri üçün konkret güzəştlər ola bilsin ki, bütün ölkə miqyasına yayılsın.
Qeyd olunan məsələ ilə bağlı bəyanatı baş nazir Giorgi Qaxaria developer sektorunun dəstəyinin anti-krizis planının təqdimatında verdi.
Onun dediyinə görə, dördüncü anti-krizis proqramının inşaat və developer sektoruna həsr olunması dərk olunmuş və məqsədyönlü bir qərardır.
“Bu sadəcə inşaat sektoruna deyil, yaşayış şəraitlərini yaxşılaşdırmağa çalışan hər bir vətəndaşa edilən yardımdır” – dedi baş nazir.
Həmçinin, anti-krizis proqramı çərçivəsində, ilin sonuna qədər qoyulan müqavilələrdə, beş il ərzində iqtidar ipoteka kreditinin dörd faizini subsidiyalaşdıracaq.