2011-ci ilə qədər verilmiş laminatlı şəxsiyyət vəsiqələri yeni elektron vəsiqələrlə pulsuz əvəz olunacaq
2011-ci ilə qədər verilmiş laminatlı şəxsiyyət vəsiqələri yeni elektron vəsiqələrlə pulsuz əvəz olunacaq

 
Ədliyyə naziri vəzifəsinə namizəd Rati Breqadze Gürcüstan parlamentində hökumətə etimad göstərilməsi məsələsinin müzakirəsi zamanı nazirliyin 2024-cü il planlarından danışıb.

Rati Breqadze laminatlı şəxsiyyət vəsiqələrinin İD kartlarla pulsuz dəyişdirilməsinin anonsunu verib.

“2011-ci ilə qədər verilmiş laminatlı şəxsiyyət vəsiqələri pulsuz olaraq yeni elektron vəsiqələrlə əvəzlənəcək, nəticədə də vətəndaşlar dövlət xidmətlərindən tez və məhdudiyyətsiz yararlana biləcəklər” – Rati Breqadze açıqlayıb.