2007-ci ilin 7 noyabr hadisələrindən 15 il ötür.
2007-ci ilin noyabrın 3-də Mixeil Saakaşvili hakimiyyətinin dəyişdirilməsi tələbi ilə müxalifətin etiraz aksiyaları başladı. 2007-ci ilin noyabrın 7-si üçün müxalifət parlament binası yaxınlığında “çadırlar şəhərciyi”nin yaradıldığını elan etdi. Həmin günlərdə Tbilisidə dövlət müəssisələri yaxınlığında “utanc dəhlizləri”nin təşkili davam etdirilirdi.
2007-ci ilin 7 noyabr aksiyası polisin gözyaşardıcı qaz, dəyənək, rezin güllə, akustik tüfəng və təzyiqli sudan istifadə edərək iştirakçıları dağıtması ilə başa çatdı.
Elə həmin gün axşam saatlarında xüsusi təyinatlılar “İmedi” teleşirkətinə sızdılar və teleşirkətin yayımı dayandırıldı.
Siyasi böhrana cavab olaraq o vaxtkı prezident Mixeil Saakaşvili 15 günlük fövqəladə vəziyyət elan edərək növbədənkənar prezident seçkiləri təyin etdi.