2006-2014-cü illərdə verilən sürücülük vəsiqələrinin hüquqi qüvvəsi 2018-ci ilin yerinə, 2019-cu ilin martın birinə qədər davam edəcək
2006-cı ilin aprel ayından 2014-cü ilin martın birinə qədər Gürcüstanda verilən müxtəlif kateqoriyalı sürücülük vəsiqələrinin hüquqi qüvvəsi 2018-ci sentyabrın birinin yerində, 2019-cu ilin mart ayına qədər davam edəcək.
Müvafiq dəyişikliklər “Yol hərəkatı haqqında” qanuna daxil edilir. Qanunlayihənin müəlifləri parlamentin üzvləri Qoqa Qulordava, Giorgi Xatidze və Merab Kvaraiadır.
Bugünə qədər verilən 481 000 vəsiqədən 263 700-nin qüvvədə olma müddəti 2018-ci ilin sentyabrında başa çatır, ancaq qanunlayihənin müəllifləri bəyan edirlər ki, bu qədər vəsiqənin qalan son 3 ay ərzində dəyişdirilməsi mümkün olmayacaq, ona görə də, bu müddət 2019-cu ilin mart ayına qədər uzadılmalıdır.
“Yol hərəkatı haqqında qanuna” dəyişikliklərin əlavə edilməsi haqqında qanunlayihənin müzakirəsi, bugün, iyunun 27-də, parlamentin hüquqi məsələlər üzrə komitədə planlaşdırılıb.