Martın 20-25-də Gürcüstan Müdafiə Qüvvələri NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) NATO-Gürcüstan təliminə ev sahibliyi edəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, komanda heyətinin hazırlığı NATO-Gürcüstan Zərfinin (SNGP) çərçivəsində keçirilir və onun planlaşdırılması 2020-ci ildən aparılır.
NATO-Gürcüstan təlimi ilk dəfə 2016-cı ildə keçirildi və hazırkı təlim ardıcıl olaraq NATO təlimlərinin planlaşdırılması proses və prosedurlarına əməl edən üçüncü təlimdir. NATO-Gürcüstan Təlimi 2022 kompüter təlimini özündə birləşdirən və sahə əsaslı olmayan Komanda Qərargahıdır. Çoxmillətli təlimdə NATO-ya üzv və partnyor olan 23 ölkənin nümayəndəsi iştirak edəcək.
“Təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə əməliyyatları planlaşdırmaq və bir-biri ilə bilik və təcrübə mübadiləsi aparmaq üçün lazım olan bacarıqları inkişaf etdirəcəklər.
Təlim Gürcüstan və NATO-ya üzv və partnyor ölkələrin hərbi xidmətşilri arasında qarşılıqlı fəaliyyətin artırılmasına imkanlar yaradacaq, – Müdafiə Nazirliyində bəyan edirlər.