20-21 iyun hadisələri ilə bağlı Daxili İşlər Nazirliyinin yenə bir əməkdaşı həbs edildi
Gürcüstanın baş prokurorluğu 20-21 iyun hadisələri ilə bağlı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar departamentinin yenə bir əməkdaşını həbs etdi, – bu barədə məlumatı prokurorluq tərəfindən keçirilən brifinqdə prokuror Koka Katsitadze verdi.
Onun dediyinə görə, həbs edilən hüquqmühafizəçi iş vəzifəsindən suistifadə edib.
“İstintaq nəticəsində məlum oldu ki, 2019-cu ilin iyunun 21-də, Rustaveli prospektində, ictimai asayişin qorunması ilə bağlı tədbirlərin həyata keçirildiyi zaman, həbs edilən polis silahdan istifadə edərək, iş səlahiyyətlərini aşdı və iki nəfər aksiya iştirakçısına fiziki zərər verdi.
Qeyd olunan qanun pozuntusu ilə bağlı cinayət işi Gürcüstanın Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsini “b” alt maddəsi ilə qaldırılıb” – deyilir prokurorluğun bəyanatında.