2-3 sentyabr, günün ikinci yarısından, sentyabrın 4-ü səhərədək Gürcüstan ərazisində yağış, külək və dolu gözlənilir
Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlikdən verilən məlumata əsasən, sentyabrın 2-si və 3-ü günün ikinci yarısından sentyabrın 4-ü səhərədək Gürcüstanın əksər ərazilərində yağış yağacağı, külək əsəcəyi və dolu düşəcəyi gözlənilir.
Onların məlumatına görə, gözlənilən leysan yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.
“Sentyabrın 2-də və 3-də günün ikinci yarısından sentyabrın 4-ü səhərədək Gürcüstan ərazisinin əksər yerlərində qısamüddətli yağış yağacağı, bəzi yerlərdə – güclü şimşək çaxacağı, dolu düşəcəyi və külək əsəcəyi güclənəcəyi gözlənilir.
Gözlənilən leysan yağıntıları Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə proseslərinin əmələ gəlməsinə və aktivləşməsinə səbəb ola bilər”, – məlumatda deyilir.