Ukraynada ABŞ səfirliyi Kaja Kallasın ABŞ diplomatik nümayəndəliyinin Ukraynanı tərk etməsi ilə bağlı açıqlamasını təkzib edib.

Səfirlik bildirib ki, Kiyevdəki ABŞ diplomatik nümayəndəliyi fəaliyyətini davam etdirir və açıqdır.

“Bizim işimizdə heç bir dəyişiklik yoxdur və yayılan digər məlumatlar yanlışdır. Dövlət Departamenti amerikalıların təhlükəsizliyini prioritet sayır və Kiyevdəki səfirliyin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlayır. Biz bir daha xatırladırıq ki, silahlı münaqişəyə görə amerikalılar istənilən səbəblə Ukraynaya səfər etməməlidirlər”, — deyə səfirliyin açıqlamasında qeyd olunub.

Bununla belə, Kaja Kallas Ukrayna ilə bağlı çıxışında ABŞ səfirliyinin ölkəni tərk etdiyini bildirmişdi.