DTX - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Ramaz Beğeluri azad edilib
Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Ramaz Beğeluri azad edilib və mərkəzi hakimiyyət tərəfindən nəzarət edilən ərazidədir. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
DTX-nin məlumatına görə, Ramaz Beğelurinin qanunsuz həbsdən azad edilməsi prosesində Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmi ilə yanaşı, mərkəzi hakimiyyətin əlində mövcud olan bütün müvafiq alət fəal şəkildə istifadə edilirdi.
“Məsələ həm insidentlərin qarşısının alınması və reaksiya mexanizmi formatında keçirilən görüşlərdə, həm də Cenevrədə keçirilən beynəlxalq müzakirələrdə müzakirə olunub.
Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşları ilə birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşının azad edilməsi üçün fəal işi davam etdirir”, – agentliyin məlumatında qeyd olunub