İrakli Kobaxidze - İşsizlik tarixi minimum həddədir, Gürcüstan təkcə bölgədə deyil, həmçinin, Avropa ölkələri arasında iqtisadi artımı ilə seçilir
İrakli Kobaxidze - İşsizlik tarixi minimum həddədir, Gürcüstan təkcə bölgədə deyil, həmçinin, Avropa ölkələri arasında iqtisadi artımı ilə seçilir

 

İrakli Kobaxidze – İşsizlik tarixi minimum həddədir, Gürcüstan təkcə bölgədə deyil, həmçinin, Avropa ölkələri arasında iqtisadi artımı ilə seçilir.

Gürcüstan iqtisadi artımı ilə seçilir, təkcə bölgədə deyil, həmçinin, Gürcüstan bütövlükdə Avropa ölkələri arasında İqtisadi artım göstəricilərinə əsasən birinci yerdədir, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, bir neçə gün əvvəl Gürcüstanın Milli Statistika Xidməti işlə təmin edilənlər və müvafiq olaraq, işsizlik göstəricilərini dərc edib.

“Bildiyiniz kimi, ikinci rübün göstəricilərinə əsasən, ötən ilin eyni dövründəki 16,7 faizlə müqayisədə işsizlik 13,7 faiz olmaqla tarixi minimumdadır ki, bu da işsizlik səviyyəsinin 3 faiz bəndi azaldığını göstərir. Bu bizim üçün xüsusi prioritetdir. Muzdla işə qəbul olunanların sayı 19,1 min nəfər, özünüməşğulluqla məşğul olanların sayı 41,3 min nəfər artıb. Bir il ərzində 60 min yeni iş yeri açılmışdır ki, bu da yüksək iqtisadi artımın nəticəsidir. Bildiyiniz kimi, Gürcüstan iqtisadi artımı ilə seçilir, təkcə bölgədə deyil, bütövlükdə Avropa ölkələri arasında Gürcüstan iqtisadi artım göstəricilərinə görə birinci yerdədir. Artıq dördüncü ildir, əvvəlki üç ildə biz orta hesabla 9,7 faiz iqtisadi artım əldə etmişik, bu il də 9 faiz səviyyəsini qoruyub saxlayacağıq və hesab edirik ki, ilin sonunda iqtisadi artım baxımından çox yaxşı göstəriciyə malik olacağıq. İldə təbii ki, iqtisadi artım əsas faktordur ki, işsizliyin azalmasına, məşğulluğun artmasına imkan verir. Hamınız bilirsiniz ki, daha çox işçi büdcəyə daha çox vergi daxil etmək deməkdir ki, bu da hökumətə daha çox layihələr həyata keçirməyə, mövcud proqramları genişləndirməyə imkan verəcək və bu, gələcəkdə bizim əsas prioritetimiz olaraq qalacaq”, – deyə İrakli Kobaxidze bildirib.