Amerika mediasının məlumatına görə, Ceyk Sallivan avqustun 27-29-da Çinə səfər edəcək və ölkənin xarici işlər naziri ilə görüşəcək

Amerika mediasının məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan avqustun 27-29-da Çinə səfər edəcək.

ABŞ prezidentinin administrasiyasında bildirdildiyi kimi, Sallivan Pekinə səfəri zamanı Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. Ağ Evin məlumatına görə, görüşdə Sallivan Ukraynada davam edən müharibə mövzusu, həmçinin, Tayvan boğazındakı vəziyyət və Yaxın Şərq məsələsini müzakirə edəcək. Bununla yanaşı, Bayden administrasiyasında Ceyk Sallivanın Çinin Rusiyaya hərbi dəstəyindən narahatlığını ifadə etmək niyyətində olduğunu bildirirlər.

Amerika mediasının yazdığı kimi, Ceyk Sallivan və Çinin Xarici İşlər Naziri Co Bayden və Çin lideri Si Dzinpin arasında ilin sonuna qədər keçirilməli olan gözlənilən görüşdəნ də danışacaqlar.ა