Qldanidə ticarət mərkəzində yanğın lokallaşdırılıb

19:16, 16.08.2024

Qldanidə, Vekua küçəsində, “Mariam” ticarət mərkəzində yanğın lokallaşdırılıb. Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildiriblər.

Əraziyə yanğınsöndürən – xilasedici qrupları cəlb olunub, yanğının söndürülməsi işləri davam etdirilir.

Yanğın ticarət mərkəzinin damında baş verib. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Oxşar