Mariam Kvrivişvili Böyük Britaniya səfirinin müavini ilə ölkələr arasında birbaşa uçuşların başlanması imkanını müzakirə edib
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili Böyük Britaniyanın Gürcüstandakı səfirinin müavini Kler Olbles ilə görüşüb, görüş zamanı Britaniyadan birbaşa uçuşların başlanması imkanları müzakirə edilib. Görüşdə Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze də iştirak edib.
Nazir müavininin bildirdiyinə görə, Gürcüstan hökuməti iki ölkə arasında birbaşa uçuşların başlanması istiqamətində Britaniyanın aviaşirkətləri ilə fəal danışıqlar aparır.
Mariam Kvrivişvilinin dediyinə görə, Gürcüstanın aviasiya sektoru artan dinamika ilə xarakterizə olunur, xüsusən, sərnişin axını ildən-ilə artır, ölkədə uçuşların sayı və istiqamətləri rekord həddə çatır ki, bu da öz növbəsində, ölkədəki beynəlxalq səyahətçilərin statistikasına, eləcə də 2024-cü ilin birinci rübündə rekord səviyyəyə – 800 milyon dollardan çox təşkil edən turizm sektorundan iqtisadiyyata səfərbər olunan gəlirlərə müsbət təsir göstərəcək.
“Biz Britaniyadan birbaşa uçuşların başlamasına nikbin baxırıq. Britaniya bizim üçün mühüm aviasiya və turizm bazarıdır. Əminik ki, birbaşa uçuşların başlanması Gürcüstanda turist axınının artmasına əhəmiyyətli stimul verəcək. Aviaşirkətlərlə danışıqlara paralel olaraq, biz Gürcüstanın görməli yerlərini populyaraşdırmaq məqsədi ilə aktiv marketinq kampaniyaları həyata keçirmək üçün Britaniya bazarını öyrənirik”, – nazir müavini qeyd edib.
Görüşün sonunda Mariam Kvrivişvili birbaşa uçuşların başlanması ilə bağlı hazırkı danışıqların müsbət yekunlaşacağına və iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.