Nikol Paşinyanın helikopteri Vanadzorda planlaşdırılmamış eniş həyata keçirdi
Nikol Paşinyanın helikopteri Vanadzorda planlaşdırılmamış eniş həyata keçirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri planlaşdırılmamış eniş həyata keçirdi.

Yerli medianın məlumatına görə, Ermənistanın hökumət başçısının helikopteri Vanadzor şəhərinə endi. Əsas səbəb kimi pis hava şəraiti göstərildi.

“İndi biz avtomobillə səyahətə davam edirik”, – deyə Nikol Paşinyan bildirdi.

Paşinyan daha sonra Tavuş bölgəsinə gəldi və burada Bağanis kənd məktəbində yerli əhali ilə görüş keçirməyi planlaşdırıb.

Mayın 24-də məlum oldu ki, Azərbaycanla sərhədin delimitasiyası prosesində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Berkaber, Voskepar və Bağanis yaşayış məntəqələrində dövlət sərhədini əhatə edən hissələrinin mühafizəsinə başladılar.