Kavtisxevi kəndində məcrasından çıxmış çay üç nəfərin olduğu avtomobili apardı
Kaspi Munisipalitetinin Kavtisxevi kəndində məcrasından çıxmış çay üç nəfərin olduğu avtomobili apardı. Hadisə nəticəsində bir nəfər həlak oldu. Xilasedicilər hələ də avtomobilin sürücüsünü, yaşı 35-dən az olan kişini axtarırlar. Xilasetmə xidməti hadisə yerinə səfərbər olunub.
“Mənim məlumatıma əsasən, bir nəfəri xilasedicilər sağ çıxartdılar və onu xilas etmək mümkün oldu. Biri həlak oldu. Hazırda xilasedicilər suyun apardığı avtomobilin sürücüsünü axtarırlar. Avtomobildə olan üç nəfər də yerlidir, onlar Kavtisxevidəndilər”, – Kaspi Munisipaliteti meriyasının nümayəndəsi Mixeil Kelaptrişvili bildirdi.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən Birinci Kanala verilən məlumata əsasən, xilasetmə əməliyyatı davam edir, canlı qüvvə bölgəyə cəlb olunub və ərazidə monitorinq və dronlarla baxış davam edir.