Gürcüstan Parlament Sarayında bu gün sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Gürcüstan Parlament Sarayında bu gün sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq

Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

Parlamentdə qeyd edildiyi kimi, bu gün Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq.

“Gürcüstan Parlament Sarayında təhlükəsizliyin müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 əmrinə uyğun olaraq, cari ilin mayın 1-də Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq- ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır. Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə iclasları, plenar iclaslar)müvafiq struktur vahidlərinin dəvət etdiyi şəxslər buraxılacaq. Parlament tədbirləri başa çatana qədər հər bir yayımçıdan ikidən çox olmayan akkreditə olunmuş televiziya yayımçıları/telemedia vasitələrinin binaya buraxılmasına icazə veriləcək.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında iş və təhlükəsiz mühitin təmin edilməsidir”- Gürcüstan Parlamentinin bəyanatında deyilir.