18 metrlik avtobus bazasının layihələndirilməsi-tikintisi üçün tender elan edildi
Tbilisi Aeroportu yaxınlığında avtobus bazasının layihələndirilməsi-tikintisi üçün artıq tender elan olunub.
Tbilisi meri, Kaxa kaladzenin paytaxt hökuməti iclasında bəyan etdiyi kimi, qeyd olunan baza 18 metrlik avtobusların düzgün istismarı üçün vacibdir.
“Avtobus bazası 200 ədəd 18 metrlik avtobuslarl hesablanmış olacaq. Tender 8 mayda başa çatacaq. Layihənin güman edilən qiyməti 62 milyon larini təşkil edir, ƏDV daxil olmaqla. Tenderdə qalib gələn şirkət müqavilə imzalandıqdan sonra 10 aydan gec olmayaraq, ən azı 50 ədəd 18 metrlik avtobusun istismarı üçün zəruri olan avtobus bazasının infrastrukturunu təşkil etməlidir”, – Kaladze bəyane tdi.
Elə onun dediyinə görə, avtobus bazasının tikintisinin başa çatması 2024-cü ilin sonuna qədər planlaşdırılıb.