Antalyada kanatda baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb
Türkiyənin kurort şəhəri Antalyada kanatda baş verən qəza nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb.
“Anadolu”nun məlumatına görə, hadisə zamanı çox t sayıda turist kanat yoluna baş çəkib. Qəzadan sonra xilasedicilər kanat yolundan 100-dən çox insanı təxliyyə ediblər.
Yayılmış məlumata görə, kanat yolunun bir dirəyi naməlum səbəblərdən aşıb, bir kabin sınıb, nəticədə insan tələfatı olub.
Hadisə yerində xilasedicilər, polis, təcili yardım avtomobili və fövqəladə hallar xidmətlərinin nümayəndələri işləyirlər. Yeddi helikopter və bir təyyarə səfərbər edilib
Kanat yolunda cəmi 16 kabin dayanıb. Vətəndaşların təxliyə prosesi davam edir.