10:49, 07.04.2024

Hökumət aparatında İqtisadi Şuranın iclası keçirilib

Hökumət aparatında İqtisadi Şuranın iclası keçirilib. Hökumət administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, şura üzvləri cari iqtisadi layihələri və gələcək planları müzakirə ediblər.

“Onlar Tbilisidə yeni hava limanının inkişafı ilə bağlı Asiya İnkişaf Bankı və Hava Limanları Assosiasiyası ilə birgə aparılan tədqiqatın nəticələrini müzakirə ediblər.

Bununla yanaşı, görüşdə enerji sektorunun inkişafı müzakirə olunub. Xüsusilə, söhbət zamanı bərpa olunan mənbələrdən enerji layihələrinin dəstəklənməsinin yeni mexanizmlərinə toxunulub, bunun üçün hökumət yaxın vaxtlarda yenilənmiş şərtləri təsdiqləyəcək”, – deyə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Oxşar