Temur Mğebrişvili - helikopter kifayət qədər çətin meteoroloji şəraitdə fəlakət bölgəsinə uçub və 70 nəfər birbaşa sürüşmənin baş verdiyi ərazidən təhlükəsiz yerə təxliyə edilib
Xilasetmə əməliyyatlarında iştirak edən helikopter kifayət qədər çətin meteoroloji şəraitdə təbii fəlakət zonasında “Sunset Shovi” yaxınlığındakı meydana uçub və 70 nəfər birbaşa sürüşmənin baş verdiyi ərazidən təhlükəsiz yerə təxliyə edilib. Bunlar uşaqlar, yaşlı xanımlar idi, – Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Temur Mğebrişvili bildirib.
Mğebrişvilinin sözlərinə görə, helikopter və termal dronlar vasitəsilə təbii fəlakət zonasının ətraf perimetri yoxlanılıb.
“Eyni zamanda, polis əməkdaşları və yanğınsöndürən-xilasedicilər tərəfindən təhlükəsiz yer seçilib, vətəndaşlar sürüşmənin olduğu ərazilərdən buraya səfərbər ediliblər və qeyd olunan təhlükəsiz zonaya köçürülüblər, həmin insanlar daha sonra oradan, təbii fəlakət zonasından təhlükəsiz yerə köçürülüblər. Elə həmin gün baş vermiş hadisə ilə bağlı Oni polisində araşdırmaya başlanılıb”, – deyə Temur Mğebrişvili bildirib.