Üçüncü gündür axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi fəlakət bölgəsi Onidə ölənlərin sayı 15-ə yüksəlib. Bu barədə məlumatı Fövqəladə Halların İdarə Edilməsi Xidməti təsdiqləyir.
Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 15 nəfər həlak olub. Onlardan dördü bu gün tapılıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Mövcud məlumatlara görə, təbii fəlakət zonasında 20 nəfərin axtarışı aparılır.
Ümumilikdə 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz yerə təxliyə edilib.
Bundan əlavə, Oni Munisipalitetinin Qlola kəndində Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin səyyar qərargahı təşkil edilib.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.