Fövqəladə Hallar Xidməti - xilasedicilər Tetnuldidən iki xəsarət alan turisti təhlükəsiz şəkildə təxliyə etdilər, xilasetmə əməliyyatı davam edir
Fövqəladə Hallar Xidmətinin məumatına görə, xilasedicilər Tetnuldidən iki xəsarət alan turisti təhlükəsiz şəkildə təxliyə etdilər. Elə onların məlumatına görə, xilasetmə əməliyyatı davam edir
“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsı Xidmətinə Beynəlxalq Müşahidə və Axtarış Mərkəzindən “SOS” məlumatı daxil oldu ki, Tetnuldi zirvəsində bir qrup xarici turistin xilasedicilərin köməyinə ehtiyacı var.
Xəbər daxil olan kimi xilasetmə əməliyyatı planlaşdırıldı, turistlərin yeri müəyyən edildi, yanğınsöndürən və xilasedicilərdən ibarət qrup tam dağ avadanlığı ilə zirvə istiqamətinə piyada yola düşdü. Çətin coğrafi mövqeyə görə, xilasetmə əməliyyatına Sərhəd Polisinin helikopterinin cəlb edilməsi barədə qərar qəbul edildi. Çətin hava şəraiti ilə əlaqədar helikopterlə xilasetmə əməliyyatı bu gün səhər həyata keçirildi. Xilasedicilər artıq iki yaralı alpinistin təhlükəsiz təxliyyəsini həyata keçirdilər. Xarici vətəndaşlar tibb müəssisəsinə yerləşdirilib, onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur.
Xəsarət alan alpinistlərin məlumatına görə, onların qrupunun 3 üzvü təkbaşına hərəkət edir, bir üzvü isə uçuruma düşüb, xilasetmə əməliyyatı davam edir”, – Fövqəladə Hallar Xidmətində bəyan edirlər.