Qlobal Media Savadlılığı Həftəsi yekun konfransı ilə bağlanıb

Rabitə Komissiyasının maraqlı tərəflərlə birgə təşkil etdiyi Qlobal Media Savadlılığı Həftəsi yekun konfransı ilə başa çatıb.

İştirakçılar ölkədə media savadlılığının inkişafının vacibliyindən və bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıblar.

Yekun konfransın panellərindən biri müasir media çağırışları, dezinformasiya, söz azadlığı və qərəzsizlik standartlarına həsr olunub.

Konfransda Rabitə Komissiyası Avropa Şurası tərəfindən maliyyələşdirilən onlayn media savadlılığı platformasını təqdim edib.