150 000-dən aşağı reytinq balı olan, sosial cəhətdən həssas ailələrə elektrik enerjisi subsidiyası 2024-cü ildə də davam etdiriləcək
Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında 150 000 reytinq balından az balı olan ailələrin istehlak etdiyi elektrik enerjisinə görə subsidiya 2024-cü ildə də davam etdiriləcək.
Gürcüstan hökumət administrasiyasının məlumatına görə, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında keçirilən İqtisadi Şuranın iclasında sosial cəhətdən həssas ailələrə elektrik enerjisinin subsidiyalaşdırılması məsələsi müzakirə olunub.
İclasda Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi naziri Zurab Azaraşvilinin qeyd etdiyinə görə, 2023-cü ilin sonunda Gürcüstanın Milli Energetika və Su Təchizatı Tənzimləmə Komissiyasının qərarına əsasən, məişət istehlakçıları üçün elektrik enerjisi tarifinin üç tetri azaldılmasına baxmayaraq, sosial cəhətdən həssas ailələr üçün subsidiya qüvvədə qalır.
Nazirin sözlərinə görə, 2024-cü il ərzində sosial cəhətdən aztəminatlı ailələrin istehlak edilmiş elektrik enerjisi reytinq ballarına əsasən 12,5 tetriyə qədər maliyyələşdiriləcək. Bu güzəştdən 250 minə yaxın ailə faydalanacaq.
Müəllif -
Mehemmed Bayramaliyev