15 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən yeniyetmə ittihamı etiraf etmir
15 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən yeniyetmə ittihamı etiraf etmir

15 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən yeniyetmə ittihamı etiraf etmir. Bu barədə saxlanılan şəxsin vəkili, Qoqa Boqveradze bəyan etdi.

İndiki mərhələdə vəkil hadisənin hansı şəraitdə baş verdiyi, eləcə də məhbusun danışdıqlarının təfərrüatları barədə danışmır. Həmçinin, vəkil bu mərhələdə yetkinlik yaşına çatmayan L.İ.-nin harada və hansı şəraitdə yaxalanması barəsində söhbət etmir.

“Müdafiə etdiyim yetkinlik yaşına çatmayandır. Onunla görüşdüm. Qəsdən qətl faktı ilə bağlı araşdırma başlansa da, indiyədək heç bir ittiham irəli sürülməyib. Baxmayaraq ki, onu dünən yaxaladılar və yaxalanan kimi vəkillə təmin olunmalı idi, işə mən bu gün qoşuldum. Materilları hələlik verməyiblər. Ərizə ilə istintaq müraciət etdim. Müttəhim ittihamı etiraf etmir və susmaq hüququndan istifadə edir. Bilmirəm harada yaxaladılar. Konkret faktlar barəsində danışa bilmərəm”, – vəkil bəyan etdi.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində L.İ. azyaşlıya qarşı qabaqcadan xəbəri olan ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, 2004-cü il təvəllüdlü P.V isə, xüsusilə ağır cinayət barədə məlumat vermədiyi üçün Tbilisidə həbs edilib.