DİN-yi iyulun 5-də aksiyada jurnalistlərə hücum, təqib və qrup şəklində zorakılıq faktlarına dair daha 5 nəfəri, Tbilisi Pride-ın ofisinə ziyan vurulması faktına dair isə 3 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində jurnalistin peşə fəaliyyətinə zorakılıq təhdidi ilə qanunsuz şəkildə maneəçilik törədilməsi, zorakılıq və zorakılıq təhdidi ilə təqib etmə və qrup şəklində zorakılıq törətmə faktları ilə əlaqədar -1993-cü il təvəllüdlü O.Q-nı , 1991-ci il təvəllüdlü Ts.Ch-nı , 1987-ci il təvəllüdlü B.M.-i, 1990-cı il təvəllüdlü M.D. və 1997-ci il təvəllüdlü T.G.-ni saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumdan verilən məlumata görə, “Tbilisi Pride”-ın ofisinə ziyan vurulması faktı ilə əlaqədar aparılan istintaq çərçivəsində həyata keçirilən operativ-axtarış və istintaq hərəkətləri nəticəsində 3 nəfər saxlanılıb.
1992-ci il təvəllüdlü Q.E. , 1998-ci il təvəllüdlü və keçmişdə mühakimə olunan A.A. və 1992 -ci il təvəllüdlü Q.O. qrup şəklində zorakılıqda iştirak, zorakılıq təhdidi ilə təqib və ya zorakılıq təhdidi, mənzil və ya digər mülkiyyətin toxunulmazlığının qrup şəklində pozulmasına görə ittiham olunurlar.
“İstintaq nəticəsində müəyyən olundu ki, cari ilin iyul ayının 5-də , Tbilisidə Rustaveli prospektində, Tbilisi Pride əleyhinə keçirilən aksiyada , müqəssir O.Q və Ts.Ch “Utanc” təşkilatının ofisində, TV Pirvelinin jurnalist və operatorunu vəzifə səlahiyyətlərini yerinə yetirərkən fiziki və sözlü təhqir ediblər.
Digər üç müttəhimə gəldikdə: B.M., M.D. və T.G., eyni gün Tabukaşvili və Chanturia küçələrinin kəsişməsində, TV Pirvelinin operatoru və “İnterpressnews” xəbər agentliyinin fotoqrafını vəzifə səlahiyyətlərini yerinə yetirərkən şifahi və fiziki təhqir ediblər. Hər üçü də jurnalist fəaliyyətinə qanunsuz müdaxilə, təqib və qrup şəklində zorakılıq ittihamı ilə saxlanılıb.
İstintaq 154-cü maddənin 2-ci hissəsi, 156-cı maddənin 2-ci hissəsini “A” bəndi və 225-ci maddənin 2-ci hissəsi ilə aparılır.
Polislər tərəfindən aparılan istintaq nəticəsində , müqəssirlərin: Q.E., A.A. və Q.O.-nun Tbilisi Pride ofisinin sahibinin icazəsinə qarşı gələrək qanunsuz şəkildə ofisin eyvanına daxil olduğu daha sonra zorakılıq törətdiyi və oranı dağıtması müəyyən olunub. Onların qanunsuz hərəkətləri insanların, xüsusən cinsi azlığın nümayəndələrinin təqibindən qaynaqlanıb. Saxlanılan şəxslər barəsində Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi və 160-cı maddəsinin 3-cü hissəsinin “a” bəndinə əsasən istintaq aparılır. Bu qrup zorakılığında iştirak etməyi , zorakılıq təhdidi və mənzilin və ya digər əmlakın toxunulmazlığının qrup şəklində pozulmasını nəzərdə tutur.
Cinayət 2 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədi ilə istintaq və prosessual tədbirlər aparılır.
Bu vaxt üçün, jurnalistlərə hücum, təqib, qrup şəklində zorakılıq, təhdid , mənzil və ya başqasının mülkiyyətinin toxunulmazlığının qrup şəklində qanunsuz pozulması faktlarına dair aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 15 nəfər saxlanılıb. İntensiv istintaq və axtarış tədbirləri davam etdirilir ”-deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.