DİN-yi peyvəndləmə üzrə veb-səhifəyə edilən kiber hücumla bağlı iki maddə ilə istintaq başladıb
DİN-yi peyvəndləmə üzrə veb-səhifəyə edilən kiber hücumla bağlı iki maddə ilə istintaq başladıb

 

Daxili İşlər Nazirliyi peyvəndləmə üzrə qeydiyyat portalı booking.moh.gov.ge-yə qarşı kiber hücum faktı ilə bağlı iki maddə ilə istintaq başladıb.

Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına bildirildiyi kimi, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 285-ci və 286-cı maddələrinin birinci hissələri üzrə aparılır.

285-ci maddə, kompyuter proqramına və / və ya digər qurğulara, həmçinin kompyuter sisteminə daxil olmaq üçün lazım olan şifrə, giriş kodu və ya digər oxşar məlumatların icazəsiz hazırlanmasını, əldə edilməsi , saxlanması, satışı, yayılması və ya çatımlılığın başqa bir şəkildə təmin edilməsini nəzərdə tutur.

286-cı maddə , kompyuter məlumatlarına icazəsiz ziyan vurulmasını , silinməsini, dəyişdirilməsini və ya örtülməsini nəzərdə tutur.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus əleyhinə peyvəndləmə üzrə qeydiyyat portalı booking.moh.gov.ge-yə qarşı kiber hücum həyata keçirilib və mütəxəssislər problemi aradan qaldırmaq üçün çalışırlar.