İrakli Ğaribaşvili Parlamentə illik hesabatını bu gün təqdim edəcək
İrakli Ğaribaşvili Parlamentə illik hesabatını bu gün təqdim edəcək

Baş nazir, İrakli Ğaribaşvili hökumətin fəaliyyəti barəsində Parlamentə illik hesabatını bu gün təqdim edəcək.

Hökumət proqramının yerinə yetirilməsi barəsində 151 səhifəlik məruzədə qarşıdakı istiqmətlər əks olunub – xarici siyasət, təhlükəsizlik, münaqişələrin həlli və insan hüquqları, iqtisadi inkişaf, sosial siyasət və insan kapitalının inkişafı və dövlət idarəedilməsi.

Parlament müxalifəti nümayəndəsi, Ana Natsvlişvilinin bəyan etdiyinə görə, baş nazirə qarşı çoxlu sualları toplandı. Elə onun dediyinə görə, sualları pandemiyanın idarəsi ilə bağlı olacaq.

“Baş nazirə qarşı çoxlu suallar toplanıb. Mən tərəfdən suallar pandemiyanın idarəsi ilə bağlı olacaq və həmçinin, çox ağır vəziyyəti olan Qelati monastr kompleksi barəsində. Bu günə qədər dövlət tərəfindən ictimaiyyətlə açıq kommunikasiya ki, Qelatinin xilas edilməsi üçün nə edilir, mövcud deyil. Çox qırıq kommunikasiya var və yarı çatdırılmış məlumat var”, – Ana Natsvlişvili bəyan etdi.

Parlament çoxluğunun üzvü, Givi Mikanadzenin bəyan etdiyinə görə, “Gürcü Arzusunun” əsas diqqət yetirdiyi məsələ, koronavirusan əmələ gələn pandemiyadır. Elə onun dediyinə görə, hakim komandanın sualları iqtisadi çağırışlar barəsində olacaq.

“Hökumət, Parlament, bütün komanda, hakimiyyət birləşmişdi ki, pandemiya çağırışlarına layiqli cavab versin. Demək istərdim, komanda bunu bacardı. Maksimum edildi ki, biznes baxımından ziyan görən və ya iş yerlərini itirən insanlara dövlət maksimal yardım etsin. İmkanlar çərçivəsində, kəmərlərin sıxılması prinsipi ilə, müəyyən mühüm təzminatlar verildi ki, insanların həyatına, sağlamlığına, firavanlığına və sonrakı inkişafına imkanlar yaradılmış olsun. Demək istəyirəm, bu bir il göstərdi ki, dövlət strukturları arasında koordinasiyalı işləmək nə qədər önəmlidir, bir komanda kimi olmaq nə qədər əhəmiyyətlidir, başqa cür pandemiya şəraitində ölkə və vətəndaşların qarşısında durduğu bu çağırışlarla mübarizə çox çətin olacaqdı.

Bu baxımından indi dha yaxşı vəziyyətdir, bizə imkanlar verir ki, iqtisadiyyatın reabilitasiyasına tərəf addımlar ataq və istərsə cəmi iki il bundan əvvəl olan parametrlərin bərpasına doğru addımlar ataq. Düşünürəm ilin sonuna kimi çox önəmli tərəqqimiz olacaq bu istiqamətlə”, – Givi Mikanadze bəyan etdi.