Bu gün, saat 20:00-da, Batumidə yeni futbol stadionu açılacaq. 2017-ci ilin dekabrında başalayan tikinti 2020-ci ilin avqustunda başa çatdı. Stadiona 20 000 tamaşaçı yerləşir.
Batumidə stadionu 2006-cı ildə uçurdular və bundan sonra ən ənənəvi və tarixi komandalardan biri olan, Batumi “Dinamosu” stadionsuz qaldı. Bir çox vədlər və keçirilən tenderlərə baxmayaraq, tikinti yalnız 2017-ci ildə başladı və tezliklə başa çatdı.
Koronavirus pandemiyasına görə, stadionun açılışı iki dəfə təxirə salındı. Çunki matçın keçirilməsi mümkün olmadı. Yeni stadionun açılışında yalnız 200 insan iştirak edəcək – Acara hökuməti üzvləri, Gürcüstan Futbol Federasiyasının rəhbərləri və veteran futbolçular.
Yaxın gələcəkdə Gürcüstan Futbol Federasiyası Batuminin yeni stadionunda iki beylnəlxalq matç planlaşdırıb və bəyanatı UEFA-ya da göndərib. Gürcüstan Futbol Federasiyası istəyir ki, noyabrda burada Gürcüstan milli yığması Ermənistan və Estoniyaya ev sahibliyi etsin. Lakin bunun üçün test-matç keçirilməlidir. Buna görə, qeyd olunan məsələ sonuna qədər həll olunmayıb.