1300-ə yaxın məcburi köçkün ailəsinə Məcburi Köçkünlər Agentliyi tərəfindən kənd yerlərində evlər satın alınacaq
Məcburi Köçkünlərin Məsələlərinin Öyrənilməsi Komissiyasının qərarına əsasən, agentlik 1300-ə yaxın məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alacaq.
Məcburi Köçkünlər Agentliyindən verilən məlumatda adıçəkilən ailələrin siyahısının Məcburi Köçkünlərin, Eko-miqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin saytında dərc olunduğu deyilir. Məcburi köçkün ailələri altı ay ərzində Gürcüstanın istənilən bölgəsində öz evlərini seçəcəklər.
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İlia Ğuduşauri layihənin bütün ölkə miqyasında uğurla həyata keçirildiyini və 2022-ci ildə kənd yerlərində 2500 ailəyə ev verildiyini açıqlayıb. Üç illik dövrdə “Kənd yerində ev” layihəsi çərçivəsində ümumilikdə 6 min köçkün ailəsi köçürüləcək.
Məcburi Köçkünlər Agentliyindən verilən məlumatda qeyd olunduğu üzrə alınan evlərin əksəriyyətində torpaq sahələrinin olması məcburi köçkün ailələrinə kənd yerlərində məskunlaşmaq və əlavə gəlir mənbəyi yaratmaq imkanı yaradır.