Həlak olmuş 21 nəfər, itkin düşmüş iki nəfər və minlərlə zərər görmüş vətəndaş – 13 iyun faciəsindən 8 il ötür.
2015-ci ildə baş vermiş təbii fəlakət yaşayış evlərini, yolları, körpüləri, tunelləri, istinad divarlarını, kommunikasiya sistemlərini dağıtdı. “Mziuri” və zooparkın ərazilərini tamamilə su basmışdı. Zooparkın sakinlərinin bir hissəsi təbii fəlakət nəticəsində məhv oldu. Şəhərin infrastrukturu, o cümlədən Vake-Saburtalonu birləşdirən estakada, Kocori-Samadlonu birləşdirən yol, Axaldaba-Tsğneti yolunun hissəsi zərər gördü.