13-14 avqust tarixlərində Tbilisi metrosunun birinci xəttində qatarlar zonal sxem üzrə hərəkət edəcəklər
13-14 avqust tarixlərində Tbilisi metrosunun birinci xəttində qatarlar zonal sxem üzrə hərəkət edəcəklər

 

“Qotsiridze” metrostansiyasının sərnişin gözləmə platformasında dəmir-beton tənzimləmə işlərinə başlanıldığı üçün avqustun 13 və 14-də Tbilisi metrosunun birinci xəttində qatarlar zonal sxem üzrə hərəkət edəcəklər.

Paytaxt Meriyasının məlumatına əsasən, metronun “Didube” stansiyasından “Vağzal meydanı” istiqamətində sərnişinlərə xidmət dayandırılacaq.

“Qatarlar metronun “Axmeteli Teatrı” stansiyasından “Didube”yə və “Vağzal Meydanı”ndan “Varketili”yə qədər hərəkət edəcəklər. Tbilisi metrosunun Saburtalo xətti normal rejimdə işləməyə davam edir. Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir” – deyə meriyadan bildirilib.