Martın 11-dən 13-ə qədər Gürcüstanda yağmurla hava gözlənilir, 12 martda əksər hallarda qar şəklində, bəzi yerlərdə güclü.
Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, yüksək dağlıq yerlərdə duman və çovğun, dənizdə üç-dörd ballıq fırtna gözlənilir.
Gözlənilən güclü yağmurların qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin artmasına, ölkənin dağlıq zonalarında qar uçqunun formalaşmasına səbəb olması mümkündür.
Əlverişsiz hava şəraitinə görə, avtomobil yollarının müəyyən hissələrində avtonəqliyyatın hərəkətinin məhdudlaşdırlması mümkündür.
13-15 martda, gecə saatlarında Kartli və Kaxetidə temperaturun -4, -7 dərəcəyə qədər azalması gözlənilir ki, bu da cücərmə fazasında olan meyvə ağaclarına və payız taxılına mənfi təsir göstərəcək.