119-cu ABŞ Kxonqresi bu gün başlayır və 2019-cu ildən bəri ilk dəfə Respublikaçılar Partiyası Konqresin hər iki palatasına tam nəzarət edəcək

21:08, 03.01.2025

Bu gün 119-cu ABŞ Konqresi işə başlayacaq.

Respublikaçılar 2019-cu ildən bəri ilk dəfə olaraq ABŞ Konqresinin hər iki palatası – Nümayəndələr Palatası və Senat üzərində tam nəzarəti ələ keçirəcəklər.

Konqresin yeni üzvləri öz işlərinə Vaşinqton vaxtı ilə saat 12:00-da dua ilə başlayacaqlar. Və sonra Nümayəndələr Palatasının sədri seçiləcək.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə Mayk Consonu dəstəklədiyini açıqlayıb. Tramp bazar ertəsi sosial şəbəkədə verdiyi açıqlamada Consonu dəstəklədiyini ifadə edərək, onun yaxşı, çalışqan və dindar bir insan olduğunu qeyd edib.

Ənənəvi olaraq, yeni prezidentin və Konqresin ilk 100 günü ən vacib gündür, çünki qanunvericilik gündəliyi məhz həmin vaxt müəyyən edilir.

Oxşar