11 və 12-ci sinif şağirdləri attestasiya imtahanlarını dəyişmiş formatda verəcəklər
11 və 12-ci sinif şağirdləri attestasiya imtahanlarını dəyişmiş formatda verəcəklər, – bu barədə Milli Dəyərləndirmə və İmtahanlar Mərkəzinin direktoru, Maya Miminoşvili bəyan etdi.
Testləşdirmənin başa çatmasından sonra, şağirdlər ekranda xal əvəzinə, minimal səlahiyyət həddinin aşıb aşmamaları barədə məlumat görəcəklər.
“Bu önəmli yenilik cari ildə tədbiq olundu. Biz çox sevinirik ki, Təhsil və Elm Nazirliyi ilə bir fikirə gəldik. Bu cür təqdirdə, şağird imtahanda konkret fənn, konkret test üzrə işini başa çatdırdıqdan sonra, ekranda barieri keçib keçməməsi görünəcək və orada konkret xal yazılmayacaq. Suallar eşidilir ki, kompüterə adaptasiya edilmiş sistem nəyi yoxlayır? Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu sistem konkret şağirdin imkanlarını maksimal dəqiqliklə müəyyənləşdirir”, – Maya Miminoşvili bəyan etdi.
Attestasiya imtahanları 11-ci sinif şağirdləri üçün – fizika, kimya, biologiya və coğrafiya, 12-ci sinif şağirdləri üçün isə riyaziyyat, gürcü dili və ədəbiyyatı, xarici dil və tarixdə keçiriləcək.