Koronavirus epidemiyasına görə, Çinin Uhan şəhərinin əhalisi ikinci həftədir ki, tam izolyasiyadadır.
ABC News dron ilə çəkilən kadrları yayır, hansında boş şəhər görünür.
Yanvarın 23-də Çin iqtidarı yeni koronavirusun yayılmasını dayandırmaq üçün Uhanda karantin elan etdi.
Şəhərdə bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bu bəşəriyyət tarixinin ən böyük karantinidir.
Mütəxəssislərin dediyinə görə, 2019-nCov adlı virus insanlara, dəniz məhsulları bazarında, heyvanlardan keçdi.
Son göstəricilərə görə, hazırda Çində 24 000 nəfər infeksiaya yoluxub. Həlak olanların sayı isə, 493-dür.
915 pasient isə, artıq müalicə olunub.
Paytaxtda sadəcə qida məhsullarını daşıyan xüsusi avtomobillər hərəkət edirlər.
Demək olar ki, 11 milyonluq şəhər “xəyalətlər” (ruhlar) şəhərinə çevrilib.
Uhandan başqa, Çinin yenə 15 şəhəri karantindədir.
Şəhər əhalisi bayıra sadəcə qida almağa çıxırlar. Supermarket satıcıları isə, xüsusi qoruyucu kostyumlar geyiniblər.
Reuters-in məlumatına görə, bu müddətdə qida və maskaların qiymətlərini artıran mağazalar sərt şəkildə cəzalandırılacaqlar.
Şəhərərdə koronavirusa görə, konteynerlərdən təcili xəstəxanalar tikildi, çünki mövcud olan xəstəxanalarda yer yox idi.