11 000 alimin müraciəti - İqlim dəyişiklikləri planetimizdə təbii fəlakətlərə səbəb olacaq
11 min bilim adamı hesab edir ki, iqlim dəyişiklikləri qaçınılmazdır və yer kürəsində bir çox təbii fəlakətlərin yaranmasına səbəb olacaq.
Bu barədə iqlim dəyişikliklərinin analizi ilə bağlı hazırlanan hesabatda deyilir, hansı ki, “Biosaiens” jurnalında yayılıb.
Alimlərin dediyinə görə, əgər iqlim dəyişikliklərinin siyasəti kökündən dəyişdirilməsə, “insanları təsvir olunmayacaq qədər ağır əziyyətlər gözləyir”.
Hesabatda deyilir ki, Parisin iqlim razılaşmasını imzalayan ölkələrin yarısı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və real addımlar sadəcə Avropa İttifaqının üzv ölkələri və yenə yeddi dövlət tərəfindən atılır.
Alimlər iddia edirlər ki, əgər mövcud olan vəziyyət dəyişməsə, yür kürəsində temperatur üç dərəcə ilə artacaq və bu bəzi regionlarda susuzluq və quraqlığa, bəzi regionlarda isə, böyük daşqınlara səbəb olacaq. Beləliklə, dəniz kənarındaki bütün yaşayış məntəqələri sular altında qalacaq.
Bilim adamları Pariz razılaşmasını imzalayan ölkələrə və xüsusi ilə də Çin, Hindistan, ABŞ və Rusiyaya müraciət edirlər ki, müvafiq addımlar atılsın və atmosferdə karbon qazının yayılması məhdudlaşdırılsın.