2019-cu ilin Vahid Milli İmtahanlarının son nəticələrinə görə, dövlət qrantını 6 546 abiturient aldı.
1455 abiturient 70 fazilik maliyyələşdirilmə aldı, 50%-lik maliyyələşdirilməyi isə, 4083 abiturient aldı.
Bu barədə məlumatı Milli İmtahan Mərkəzinin rəhbəri Sopo Qorqodze verdi.
Onun dediyinə görə, abiturientlərin 2% var, hansılar ki, minimal baryeri keçdilər, ancaq ali məktəbə qəbul edilmədilər, çünki müvafiq yerləri seçməmişdilər. Qorqodze onlara müraciət edir:
“Veb-səhifədə verilən məlumat ali məktəbə qəbul edildiynizi göstərmir, orada göstərilir ki, sizin sadəcə olaraq, qəbul edilmək haqqınız var. Siz seçdiyiniz ali məktəbə gedib, sənədlərinizi təqdim etməlisiniz və ondan sonra qəbul edilmiş hesab ediləcəksiniz” – deyir Sopo Qorqodze.
2019-cu ilin Vahid Milli İmtahanlarının bugünki nəticələrinə əsasən, ali məktəblərdə təhsil almaq haqqına 28 740 abiturient sahib oldu, onlarda 6 546-sı qrant aldı.