1 aprel 2006-cı il tarixinə qədər verilmiş sürücülük vəsiqələri, 1 yanvar tarixindən hüquqi qüvvəsiz olacaq
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə məlumatına görə, 1 aprel 2006-cı il tarixinə qədər verilmiş sürücülük vəsiqələri, 1 yanvar tarixindən hüquqi qüvvəsiz olacaq. Qeyd olunan dəyişiklik sürücülük vəsiqəsinin müasir standartlı plastik kartlarına aid deyil.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sürücülük vəsiqəsinin dəyişdirilməsi Xidmət Agentliyinin istənilən filialında mümkündür. Vəsiqənin dəyişdirilməsi üçün vətəndaş sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi və mövcud sürücülük vəsiqəsini təqdim etməlidir.
Sürücülük vəsiqəsinin dəyişdirlməsi dəyəri 15 lari, itirilmişin bərpası isə – 35 laridir.
Həmçinin məlumatda deyilir ki, 2006-cı ilə qədər alınmış sürücülük vəsiqəsi, lakin 2006-cı ildən sonra yeniləşdirilbsə, hüquqi qüvvəsini qoruyub saxlayır və onların dəyişdirilməsi lazım gəlmir.