Mixeil Batiaşvili - Ümidvaram ki, Güləş Federasiyasında mövcud olan problemlər tez zamanda həll ediləcək və idmançılar idman mühitinə qayıdacaqlar
Ümidvaram ki, Güləş Federasiyasında mövcud olan problemlər tez zamanda həll ediləcək və idmançılar idman mühitinə qayıdacaqlar, çünki cari il gürcü idmanı üçün xüsusi bir ildir – bu barədə bəyanatı Gürcüstanın Təhsil Naziri Mixeil Batiaşvili verdi.
Nazirin qeyd etdiyinə görə, Güləş Federasiyası məsələsi ilə bağlı istintaq aparılır və mövcud olan bütün suallara istintaq cavab verəcək.
“İstintaq başa çatandan sonra nazirlik və federasiyalar müvafiq qərar verəcəklər. Gürcü idmanının sakit bir mühitə ehtiyacı var. Bu çox əhəmiyyətlidir, çünki cari il gürcü idmanı üçün xüsusi bir il olacaq. Olimpiadaya hazırlıq dövrü başlayır və biz hamımız bərabər sakit mühiti təmin edə bilməsək yaxşı nəticələr əldə edə bilməyəcəyik. Ümid edirəm ki, bütün bu problemlər tez zamanda həlll olunacaq və idmançılar idman ortamına qayıdacaqlar” – dedi nazir.