"Дождь" kanalının jurnalistlərinin artıq DUMA-ya buraxılmayacaqları ehtimal olunur
Rusiya Dövlət Dumasına müxalifət televiziyası kimi tanınan Дождь kanalının jurnalistlərinin artıq buraxılmayacağı ehtimal olunur.
Bu barədə məlumatı DUMA-nın vitse-spikeri İqor Lebedev öz Twitter səhifəsindən verdi.
Səbəb olaraq, Lebedev Дождь kanalı tərəfindən deputat Leonid Slutski haqqında hazırlanan süjeti göstərir.
Süjetdə Leonid Slutski tərəfindən bir neçə qadına cinsi zorakılıq etdiyi idda edilir.
Dumanın spikeri müxalifət kanalının jurnalistlərini böhtan atmaqla ittiham etdi və bəyan etdi ki, onların DUMA-ya daxil olmaq izni əllərindən alınmalıdır.
Müxalifət kanalı Дождь Rusiya iqtidarı tərəfindən dəfələrlə təzyiq və tənqid obyekti olub.
Beynəlxalq təşkilat Reporters without borders-in məlumatına görə, Rusiya Federasiyası medya azadlığı indeksi ilə 180 ölkə arasından 148-ci yerdədir.