Əvvəlki ayla müqayisədə iyul ayında inflyasiyanın səviyyəsi 0,2 faiz təşkil edib
Əvvəlki ayla müqayisədə iyul ayında inflyasiyanın səviyyəsi 0,2 faiz təşkil edib

 

2022-ci ilin iyul ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 11,5 faiz təşkil edib – bu barədə Milli Statistika Xidməti tərəfindən yayılmış məlumatda deyilir.

İdarə tərəfindən yayılmış məlumatda, 2022-ci ilin iyul ayında baza inflyasiya göstəricisinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz təşkil etdiyi, tütün məhsulları olmadan illik baza inflyasiya göstəricisinin isə 7,0 faiz ilə müəyyən edildiyi deyilir.

Aylıq inflyasiya göstəricisinin formalaşmasına əsasən aşağıda sadalanan qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib:

Nəqliyyat qrupunda qiymətlər 2,4 faiz artıb ki, bu da ümumi indeksdəki artıma 0,3 faiz bəndi ilə əks olunub. Şəxsi nəqliyyat vasitələrinin istismarı (2,8 faiz) və nəqliyyat xidmətləri üzrə (2,7 faiz) qiymətlər artıb. Bununla belə, nəqliyyat vasitələrinin alış qiymətləri azalıb (-1,2 faiz);

“Müxtəlif mallar və xidmətlər: əvvəlki ayla müqayisədə qrup üzrə qiymətlər 5,7 faiz artıb ki, bu da ümumi indeksə 0,29 faiz bəndi ilə əks olunub;

Mebel, məişət əşyaları, evə qulluq: qrup üzrə qiymətlər 2,0 faiz artıb ki, bu da aylıq inflyasiyaya 0,1 faiz bəndi ilə əks olunub. Qrupda qiymətlər yarımqruplar üzrə artıb: gündəlik məişət ehtiyacları üçün mal və xidmətlər (2,6 faiz), mebel, məişət əşyaları, xalça və digər döşəmə örtükləri (2,1 faiz), şüşə qablar, masa və məişət qabları (1,3 faiz);

Ərzaq və alkoqolsuz içkilər: qrup üzrə qiymətlər 1,4 faiz azalıb ki, bu da ayın inflyasiyasına -0,47 faiz bəndi ilə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər ucuzlaşıb: tərəvəz və bostan bitkiləri (-21,1 faiz), meyvə və üzüm (-9,4 faiz), balıq (-1,6 faiz). Bununla yanaşı, qiymətlər yarımqruplar üzrə artıb : süd, pendir və yumurta (3,0 faiz), şəkər, cem və digər şirniyyatlar (2,9 faiz), yağ (2,4 faiz), çörək və un məhsulları (2,0 faiz)”-deyə Milli Statistika Xidməti tərəfindən yayılmış məlumatda deyilir.