Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Gürcüstan fındıq ixracından 70 milyon dollara qədər gəlir əldə edib
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Gürcüstan fındıq ixracından 70 milyon dollara qədər gəlir əldə edib

 

Cari ilin avqustun 1-dən dekabrın 5-də daxil olmaqla Gürcüstandan 15,2 min ton fındıq ixrac edilib ki, bunun da dəyəri 69,8 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac edilən fındığın həcmi 3,6 min ton və ya 31 faizlə, dəyəri isə 12 faiz və ya 7,3 milyon ABŞ dolları artıb.

Gürcü fındığı əsasən Aİ bazarlarına – İtaliya (6135 ton), Almaniya (2904 ton), İspaniya (446 ton), Çexiya (445 ton), Polşa (337 ton), Litva (284 ton), Fransa (239 ton) , Bolqarıstan (132 ton), Yunanıstan (71 ton), Latviya (70 ton), Estoniya (60 ton), Belçika (41 ton), Macarıstan (22 ton), Xorvatiya (20 ton) ixrac olunur.

Həmçinin, gürcü fındığı Ermənistana (964 ton), Çinə (780 ton), Ukraynaya (256 ton), Rusiyaya (337 ton), Əlcəzairə (241 ton), Səudiyyə Ərəbistanına (208 ton), Belarusa (206 ton), İraqa (168 ton), İsveçrəyə (151 ton), Meksika (120 ton), Kanada (95 ton), Azərbaycan (82 ton), Argentina (77 ton), Birləşmiş Ərəb Əmirlikləri (61 ton), Qazaxıstan (45 ton), Türkiyə (44), Özbəkistan (44 ton), Birləşmiş Krallıq (22 ton), Qırğızıstan (22 ton), Tunis (15 ton), İordaniya (14 ton) ixrac olunur.