Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi - Kaxetidə səkkiz min tona qədər üzüm emal olunub
Kaxeti bölgəsində, 2023-cü il “rtveli” – məhsul yığımı çərçivəsində səkkiz min tona qədər üzüm emal edilib.
Milli Şərab Agentliyinin sədri Levan Mexuzlanın dediklərinə əsasən, özəl sektor fəaldır və dövlət üzümün alınması prosesinə daha az müdaxilə edir.
“ “Rtveli” – məhsul yığımı yavaş-yavaş aktiv fazaya daxil olur. Bu, ilk növbədə, ənənəvi olaraq üzümün daha tez yetişdiyi Siqnaqi və Dedoplistskaro bələdiyyələrinə aiddir. Özəl sektor çox fəaldır ki, bu da müsbət haldır. Dövlət üzümün alınması prosesinə daha az müdaxilə edir. Bununla belə, dövlət iqlim şəraitinə görə zədələnmiş, özəl sektordan tərəfindən tələbat olmayacaq üzümləri qəbul etməyə və fermerlərə kiloqramı üçün 90 tetri ödəməyə hazırdır. “Gələn həftədən digər bələdiyyələr də məhsul yığımı prosesinə cəlb olunacaq və bütün Kaxeti regionunda məhsul yığımı daha aktiv olacaq”, – Levan Mexuzla bildirib.
Emal olunmuş üzümün 3,6 min tona qədəri Rkatsiteli, üç min tonu Saperavi, qalanı isə müxtəlif növ üzümlərdir. Üzümün emalı prosesinə cəlb olunacaq “Rtveli” koordinasiya qərargahında artıq 170 şərab müəssisəsi qeydiyyatdan keçib.
Hökumətin qərarına əsasən, bu il “Rtveli 2023” çərçivəsində dövlət üzümün Rkatsiteli və Kaxuri yaşıl sortlarına subsidiya verəcək. Sözügedən qərar 25 min üzümçüyə və 500-ə qədər şərab istehsalçısına fəaliyyətlərini davam etdirmək üçün motivasiya və inkişaf etmək imkanı verəcək.
Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.