Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi - Bu günə olan vəziyyətə görə Gürcüstandan 11,4 milyon ABŞ dolları dəyərində qaragilə ixrac edilib
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyi - Bu günə olan vəziyyətə görə Gürcüstandan 11,4 milyon ABŞ dolları dəyərində qaragilə ixrac edilib

 
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bu günə olan vəziyyətə görə Gürcüstandan 11,4 milyon ABŞ dolları dəyərində qaragilə ixrac edilib.

“Gürcüstandan qaragilə ixracı artım tendensiyası ilə seçilir. 2024-cü ilin mayın 1-dən iyunun 16-ı da daxil olmaqla, dəyəri 11,4 milyon ABŞ dolları təşkil edən 1,8 min ton qaragilə artıq ixrac edilib.

Keçən ilin analoji dövrü ilə müqayisədə ixrac edilən qaragilənin həcmi 1,4 min ton (4,5 dəfə), dəyəri isə 8,7 milyon ABŞ dolları (4,2 dəfə) artıb”-Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.