Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia İsrail səfiri ilə görüşüb
Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia İsrail səfiri ilə görüşüb

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ran Qidor ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında uzunmüddətli əlaqələrin əhəmiyyəti vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Gürcüstanda aqrar sektorun inkişafına verdiyi dəstəyə görə İsrail səfirinə təşəkkür edib. Söhbət zamanı İsraildə “Maşavi” Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin gürcü sahibkarları üçün təhsil proqramlarının həyata keçirilməsindən danışılıb.

“Maşavi” proqramları çərçivəsində kənd təsərrüfatı işçiləri, fermerlər və sahibkarlar müasir tələblərə uyğunlaşdırılmış biliklərə, o cümlədən yeni texnologiyalara yiyələnmək imkanı əldə edirlər. Qeyd olunub ki, Gürcüstanın kənd təsərrüfatı sektorunun inkişafı sahəsində İsrail təcrübəsini bölüşməsi vacibdir.

Görüşün sonunda Otar Şamuqia İsrail və Gürcüstan arasında mövcud idxal-ixrac potensialından istifadə meylindən danışıb və iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi arzusunu bildirib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirədə nazir müavini Nino Tandilaşvili iştirak edib”, – deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.