Ən azı üç sinaqoq və bir muzeydə bomba olması ehtimalı ilə bağlı Nyu York polisinə yalan bildirişlər daxil oldu
Ən azı üç sinaqoq və bir muzeydə bomba olması ehtimalı ilə bağlı Nyu York polisinə yalan bildirişlər daxil oldu

Ən azı üç sinaqoq və bir muzeydə bomba olması ehtimalı ilə bağlı Nyu York polisinə yalan bildirişlər daxil oldu.

Nyu-York polis nümayəndəsinin dediyinə görə, şənbə günü bir neçə təhdid aldılar, o cümlədən Bruklin Muzeyinə və Bruklindəki sinaqoqa e-poçt vasitəsilə göndərilən təhdid də  var idi.

Manhettendə yerləşən sinaqoqlarla bağlı da yalan bildirişlər daxil oldu, sinaqoqların birindən isə 250 nəfərin təxliyəsi həyata keçirildi.

Nyu-York ştatının qubernatoru Keyt Hokulli qeyd olunanla bağlı sosial şəbəkədə münasibət bildirir.

Hokulli yazır ki, Nyu-Yorkun sinaqoqlarında bomba olması ehtimalı ilə bağlı təhdid haqqında bildirişləri fəal şəkildə izləyir.

Onun sözlərinə görə, təhdidlərlə bağlı bütün məlumatların yalan olduğu müəyyən edildi.

“Biz qorxu və antisemitizm salan şəxslərə dözməyəcəyik. Günahkar şəxslər öz utanc verici hərəkətlərinə görə cavab verməlidirlər”, – Keyt Hokulli yazır.