Əmək Müfəttişliyi Xidməti "Rustavi Azot"u 50 min lari cərimələyib
Əmək Müfəttişliyi Xidməti "Rustavi Azot"u 50 min lari cərimələyib

 

Əmək Müfəttişliyi Xidməti “Rustavi Azot”u 50 min lari cərimələyib və işləri qismən dayandırıb. Buna səbəb bu gün bir nəfərin dünyasını dəyişməsi və 2 nəfərin xəsarət alması ilə nəticələnən hadisədir. Məlumatı Əmək Müfəttişliyi Xidməti yayır.

İdarədən verilən məlumatda müəssisədə yoxlama prosesinin hələ də davam etdirildiyi deyilir.

“İlkin məlumat əsasında müəyyən edilib ki, hadisə kustar üsulla hazırlanmış iskələnin sınması nəticəsində baş verib. Müəssisədəki pozuntular kritik uyğunsuzluq kateqoriyasına aiddir, bu səbəbdən obyekt cərimələnib və fəaliyyət hüququ dayandırılıb.

2022-ci ilin iyul ayında da “Rustavi Azot” SC-nin obyektində Əmək Müfəttişliyi Xidməti tərəfindən kritik uyğunsuzluqlar müəyyən edilib və işlər dayandırılıb. Təkcə 2021-ci ildə Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerində mövcud qanun pozuntularının aradan qaldırılması üçün obyektə 32 göstəriş verilib və bu göstərişlər “Rustavi Azot” tərəfindən hazırda şikayət olunub.

Əmək təhlükəsizliyi haqqında Gürcüstanın üzvi qanununa əsasən, kritik uyğunsuzluqların 2 il ərzində təkrar aşkarlanmasına görə dövriyyədən asılı olaraq pul sanksiyası müəyyən edilir. Müvafiq olaraq, “Rustavi Azot” SC-nin iş prosesinin dayandırılması ilə yanaşı, 50 min lari məbləğində cərimələnəcək. Hazırda “Rustavi Azot”da tam yoxlama prosesi gedir və əlavə pozuntular aşkar olunarsa, müvafiq tədbirlər görüləcək”-deyə məlumatda deyilir.