Əmək Müfəttişliyi Xidməti - MMC "Retro" və MMC "Restro 2"nin iş prosesi dayandırılıb və əlavə olaraq 30 000 lari məbləğində cərimələnib
Əmək Müfəttişliyi Xidməti - MMC "Retro" və MMC "Restro 2"nin iş prosesi dayandırılıb və əlavə olaraq 30 000 lari məbləğində cərimələnib

 
Əmək Müfəttişliyi Xidməti MMC “Retro” və MMC “Restro 2″nin iş prosesini dayandırıb. Qurumun yaydığı məlumatda qeyd olunduğu kimi, şirkətin Tbilisi və Batumidəki üç obyektinə baxış keçirilib.

“Təhlükəsizlik normalarının pozulması və qeyri-müvafiq iş şəraitinə görə MMC “Retro” və MMC “Restro 2″nin iş prosesinin dayandırılması ilə yanaşı, əlavə olaraq 30 min lari məbləğində cərimələndilər. Agentlik həmçinin şirkətin üzərinə işçilərin əmək haqqı kəsirini həm iş vaxtından artıq iş saatı, həm də ödənişli məzuniyyət şəklində kompensasiya etmək öhdəliyi qoyub. Hazırda Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkətdən götürülən sənədlər öyrənilir”- deyə Əmək Müfəttişliyi Xidmətinin məlumatında bildirilir.

Xatırladırıq ki, Batumidə restoran sahibi “Retro” restoranında işçiyə qarşı zorakılıq tətbiq etdiyi üçün saxlanılıb. Qurum sosial şəbəkələrdə yayılan videogörüntü əsasında istintaqa başlayıb. Belə ki, sosial şəbəkələrdə restoranın sahibi Teimuraz Varşanidzenin işçinin əlini sıxaraq restorandan atdığının videosu yayılıb.