Əmək Müfəttişliyi Xidməti 127 kovid klinikada yoxlama aparıb, müəssisələrdən 90-da qanun pozuntusu aşkar edilib
Əmək Müfəttişliyi Xidməti 127 kovid klinikada yoxlama aparıb, müəssisələrdən 90-da qanun pozuntusu aşkar edilib-bu barədə
Əmək Müfəttişliyinin rəhbəri, Beka Peradze bildirib.
Beka Peradze qanun pozuntularının aradan qaldırılması üçün müəssisələrə məqbul vaxt verildiyini bildirib.
“2020-2021-ci illərdə Əmək Müfəttişliyi kovid klinikalarda dövlətin bu müəssisələrə tibb işçilərinin, həkimlərin və tibb bacılarının saatlıq əmək haqqı üçün ayırdığı əmək haqqı ödənişləri ilə bağlı audit aparıb. 127 klinikadan 37-si istisna olmaqla, digər klinikalarda pozuntular aşkar edilib. Biz xəbərdarlıq etmişik və pozuntunun aradan qaldırılması üçün məqbul vaxt vermişik, bu, həkimlərə olan maaş borcunun ödənilməsi ilə bağlı göstərişi nəzərdə tuturdu” – deyə Peradze bildirib.
O , 14 klinikada təkrar yoxlama zamanı problemlərin hələ də aradan qaldırılmadığının müəyyən edildiyini və bu səbəbdən cərimə sanksiyalarının tətbiq edildiyini bildirib.
“Bu məsələnin kovidlə bağlı olmasından irəli gələrək və dövlət diskresion səlahiyyətlər çərçivəsində Əmək Müfəttişliyi pul cəriməsi ilə deyil, xəbərdarlıq və əmək haqqının ödənilməsi üçün məqbul vaxt verilməsi yolunu seçdi, üçüncü halda isə təkrar yoxlama apardıq və yenidən borcun ödənilmədiyini müəyyən etdik. Artıq cərimə sanksiyasından istifadə etmişik və klinikaların tam məbləği həkimlərə köçürməsini gözləyirik.
Məbləğ müxtəlif klinikalarda bir neçə on minlərlə insana aiddir ki, bu da yekun olaraq olduqca çoxdur və təbii ki, biz hər bir iş saatı üçün ödəniş edilənə qədər inzibati prosesi davam etdirəcəyik” – deyə Peradze bildirib.